Yaponiyada ilk dəfə olaraq kriptovalyuta birjasına lisenziyanın verilməsinə qadağa qoyulub. Kriptovalyuta birjası olan FSHO 26.09.2017 tarixində kriptovalyuta fəaliyyətini həyata keçirmək üçün Yaponiya Maliyyə Xidmətləri Agentliyinə (FSA) lisenziya üçün müraciət etmişdi.
FSA 08.03.2018 tarixdə FSHO-da yoxlama keçirdi və məlum oldu ki, birjada şübhəli tranzaksiyalar həyata keçirilir, KYC (öz müştərini tanı) prosedurlarına əməl edilmir və birjanın təhlükəsizlik sistemi etibarlı deyil. Bu səbəbdən FSA birjanın fəaliyyəti bir ay müddətinə dayandırdı və birjanın təhlükəsizliyin yaxşılaşdırılması, rəqəmsal valyuta sənayesində fəaliyyətlərin düzgün həyata keçirilməsi üçün lazım olan bütün prosedurlara riayət etməyi əmr etdi. Bununla bərabər FSA birjaya şirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar həyata keçirməməyi və real vaxt rejimində tranzaksiyaların hesablamalarını həyata keçirən sistemlərin qurulmasını əmr etmişdi. Lakin sonrdan keçirilən təkrar yoxlama nəticəsində FSHO-nun tənzimləyicinin tələblərinə əməl etmədiyi təsbit olundu və Yaponiya maliyyə xidmətləri agentliyi FSHO birjasının lisenziya üçün ərizəsini rədd etdi.
Crypto Consulting