100 əsas kriptovalyutanın qiyməti düşdü – Səbəb?!?

    Iyun 10-da ümumilkdə kriptovalyuta bazarında qiymətlərin kəskin enməsi müşahidə olundu. Buna əsas səbəb ABŞ-ın Əmtəə Fyuçerləri ilə Ticarət Komissiyasının (CFTC) dörd kriptovalyuta birjasında yoxlamalar aparılması ilə bağlı xəbərlər oldu.

   002370  24 saat ərzində ilk 100-lükdə olan əsas kriptovalyutalar 25 milyard dollar dəyər itirərək ümumilkdə 299 milyard dollara qədər düşdü. Ən populyar kriptovalutalar olan Bitcoin (6796 USD) və Ethereum (535 USD) öz dəyərini 7% itirdi. CoinMarketCup-ın məlumatına əsasən ən çox dəyər itirən EOS (-15%) və İOTA (-9%) oldu.

    ABŞ-ın Əmtəə Fyuçerləri ilə Ticarət Komissiyasının (CFTC) ticarət həcmi baxımından dünyanın 21-ci, 14-cü, 45-ci və 13-cü ən böyük kriptovalyuta birjaları olan Bitstamp, Coinbase, itBit Kraken-dən ticarət məlumatlarını istədi. 2017-ci ilin dekabr ayında CME Group bitcoin fyuçersində ticarətə başlamasından sonra bu dörd birja CME Group-a qiymətlər barədə məlumatları vermişdir. Bu birjalardan ticarət haqqında məlumat istəyən CFTC, həmin platformalarda bitkoinin qiymətinin manipulyasiyası ilə bağlı hər hansı bir fəaliyyətin olub olmadığını aşkar etməyə çalışır.

Bloomberg agentliyinin yaydığı məlumata əsasən iyunun 10-u koreya birjası olan Coinrail-a haker hücümü olub və ehtimal ki,  bu da öz növbəsində qiymətlərin düşməsinə təsir edib. Lakin bu fakt özünü doğrultmadı, çünki Coinrail ticarət dövriyyəsinə görə kriptovalyuta birjaları arasında ilk 90-cı yerdədir və qiymətlərə bu dərəcədə təsir edə bilməz.

   Bitkoin-investor və “Altana Digital Currency Fund”-un rəhbəri Alistair Milne twitter hesabında öz izləyicilərinə “kriptovalutaların qiymətinin enməsinin səbəbi nədir?” sualı ilə müraciət etdi. Cavablar içərisində ən populyarı isə “yadplanetlilər” oldu.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply