Koreyanın kriptovalyuta birjası olan Bithumb keçirdiyi sorğunun nəticəsinə əsasən investorlarının 42,8%-i kriptovalyutaları uzunmüddətli investisiyalar kimi qiymətləndirir. İyunun 7-si Bithumb kriptovalyutalar üzrə investisiya tendensiyaları mövzusunda anket-sorgu nəticələrini açıqladı.
Sorğuda 20 yaşdan yuxarı olan 2.507 kripto-investor iştirak edirdi. İnvestorların 42.8%-i kriptovalyutalara üzünmüddətli mövqedə investisiya etdiklərini, 27%-i tez gəlir əldə etmək istədiklərini, 13%-i investiya porfeli qurmaq istədiklərini, 10%-nin isə daşınmaz əmlak almaq istədiklərini qeyd ediblər. Üzun müddətli mövqedə investisiya edən investorlar arasında 50 yaşdan yuxarı olanlar 49,1%, daha sonra 40 yaşlılar 45,3%, 30 yaşlılar 40,9%, 20 yaşlılar isə 30,8% təşkil edir.
Bundan əlavə, investorların 39,5%-i gəlir vergisi ödəməli olsalar belə kriptovalyutalarda investisiyalarını saxlayacaqlarını qeyd ediblər.