Avropada ilk bitcoin-ATM quraşdırılan Aeroport

     Bitcoin-ATM  Thenextweb  xəbər portalının məlumatına əsasən Hollandiyanın əsas hava limanı olan Amsterdam Airport Schiphol-da avronu bitcoin və ethereum-a dəyişə bilən bitkoin-bankomat quraşdırılıb. Hər il təxminən 50 milyon sərnişin Hollandiyanın əsas aeroportunun xidmətlərindən istifadə edir. Bankomat holland şirkəti olan “ByeleX Data Solutions” ilə əməkdaşlıq çərçivəsndə sərnişinlərin bu xidmətə olan tələbini qiymətləndirmək üçün altı aylıq sınaq müddəti üçün quraşdırılmışdır. Aeroportun istehlak malları və xidmətlərinin rəhbəri Tanja Dik: “Schiphol sərnişinlərə optimal xidmət göstərmək üçün daima innovativ yollar axtarır. Ümid edirik ki, Bitcoin-ATM quraşdırılması sərnişinlər üçün faydalı xidmət olacaq”.

   brisbaneairp.jpg  Xatırladım ki, dünyada kriptovalyutalar ilə əməliyyatları dəstəkləyən ilk aeroport Avstraliyanın Brisbane hava limanıdır. 2018-ci ilin may ayından etibarən sərnişinlər TravelbyBit ödəniş sistemindən istifadə edərək aeroportun iki terminalında mağazalar (Botanist, Spoon, Forte Espresso, Windmill & Co) və restoranlarda ödəniş üçün bitcoin, dash, ethereum və digər kriptovalyutalardan istifadə edirlər. Brisbane Airport Corporation-un strateji planlaşdırma və inkişaf üzrə baş meneceri Roel Hellemons: “Dünyada bir çox insan kriptovalyutalara investisya etməklə qazanırlar və onların bir çoxu da dünya üzrə səyahət edir. Bu səbəbdən terminallarımızda rəqəmsal valyuta təcrübəsi təklif etmək artıq məcburiyyətlidir. Biz qürur duyuruq ki, dünyada bu xidməti təqdim edən ilk aeroport olduq”.

 

Elnur Quliyev

Leave a Reply