Blockchain xərcləri azaltmağa kömək edir və biznes üçün zəruri bir texnologiyadır. Bunu İsveçrənin maliyyə holdinqi olan UBS-in icraçı direktoru Sergio Ermotti CNBC-yə müsahibəsində deyib. Onun sözlərinə əsasən blockchain texnologiyası şirkətlərə öz əməliyyatlarını daha effektiv aparamsı üçün imkan yaradır.
Sergio Ermotti: “Mən əminəm ki, yaxın 5-10 il ərzində blockchian maliyyə sektorunu əhəmiyyətli dərəcədə dəyişə biləcək son dərəcə əhəmiyyətli bir texnologiya olacaq. Bazarda qalmağın yeganə yolu güclü kapital, məhsul çeşidi və müştərilərinizə verdiyiniz məsləhətlər deyil. Bütün bunları düzgün qiymətləndirmək məcburiyyətindəsiniz”.
Xatirladım ki, 2017-ci ilin noyabr ayında UBS-in investisiyalar üzrə direktoru Mark Haefele Bloomberg-ə verdiyi müsahibəsində kriptovalyuta dövriyyəsinə dövlət nəzarətinin olmaması səbəbindən UBS bitkoinə investisiya etməyəcəyini demişdi. Mark Haefele: “Amerikada bitkoinlə maliyyələşmiş bircə terror aktı kifayətdir ki, dövlət tənzimləyicisi bitkoin haqqında zəruri ciddi tədbirlər görsün. Bitkoin üzrə riskləri dəqiq ölçmək mümkün deyil və fikrimcə bitkoin ənənəvi maliyyə bazarında qiymətli bir investisiya obyekti kimi hələ yetişməyib”.