Universitetlərə reytinq verilməsi kriteriyaları

       Xaricdə təhsil ilə maraqlanan hər bir kəs adətən təhsil alacağı universitetin beynəlxalq reytinqini də nəzərdən qaçırmırlar. Bəs dünya universitetlərinin reytinqini hansı qurumlar tərtib edir və reytinqin verilməsi hansı kriteriyalara əsasən tərtib olunur?

Hazırda universitetlərə reytinq verən 3 əsas reytinq agentlikləri aşağıdakılardır:

  1. Times Higher Education (THE) 
  2. Academic Ranking of World Universities (ARWU) 
  3. QS World University Rankings

      Yuxarıda adı çəkilən beynəlxalq reytinq agentliklərinin ekspertləri universitetlərin reytinqlərini müəyyən edərkən aşağıdakı əsas meyarlara diqqət yetirir:

  • tədris;
  • tədqiqat fəaliyyəti;
  • akademik reputasiya;
  • universitetdə məşhur professorların və nobel mükafatı laureatlarının sayı;
  • müəllimlərin nitqindən gətirilən sitatların statistikası;
  • universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik;
  • işəgötürənlərin rəyi və məzunların karyera potensialı;
  • məzunların işlə təmin edilməsi.

      Bundan əlavə reytinqdə yer almaq üçün universitet ən azı iki geniş sahədə (məsələn, incəsənət və sosial fənlər, mühəndislik və texnologiya, hüquq və biznes) bakalavr və magistr proqramlarını tədris etməlidir. İllərdir ki, hər 3 reytinq platformasında ABŞ və Britaniya Universitetləri liderliyi qoruyub saxlayır. Son reytinqdən TOP 10 Universitetləri diqqətinizə təqdim edirik:

  1. ABŞ. Massachusetts İnstitute of Technology (MIT)
  2. ABŞ. Stanford University
  3. ABŞ. Harvard University
  4. ABŞ. California Institute of Technology
  5. Böyük Britaniya. University of Cambridge
  6. Böyük Britaniya. University of Oxford
  7. Böyük Britaniya. University College London (UCL)
  8. Böyük Britaniya. Imperial College London
  9. ABŞ. University of Chicago
  10. İsveçrə. ETH Zurich

Leave a Reply