İnternet-ticarətin qiqanti eBay Enterprise Ethereum Alliance-a qoşulduğunu bəyan etdi. Bu o deməkdir ki, eBay ödəniş vasitəsi kimi kriptovalyutaları qəbul etməyə başlaya bilər. eBay-a əlavə olaraq, Foxconn və PwC kimi tanınmış digər şirkətlər Enterprise Ethereum Alliance (EEA) qoşulublar.
EEA-ya qoşulmaq hələ eBay-in ödəniş vasitəsi kimi kriptovalyutaları qəbul edəcəyinin göstəricisi deyil lakin bu qərar ebay-ın blokçeyn texnologiyası və kriptovalyutalarda maraqlı olduğunu göstərir. Hələ 2017-ci ilin sonunda eBay nümayəndələri bitkoini ödəniş vasitəsi kimi nəzərdən keçirdikləri barədə fikirlər irəli sürmüşdülər.
Enterprise Ethereum Alliance (EEA) – 2017-ci ildə yaradılan və maliyyə, texnologiya şirkətləri və fondlarından ibarət qeyri-kommersiya ittifaqıdır. Hazırda ittifaqa JP Morgan, MasterCard, Microsoft, CME Group, Credit Swiss, Santander, UBS, Accenture, Deloitte, Shell, AMD, Intel, Sberbank olmaqla 500-ə yaxın şirkət daxildir.
Elnur Quliyev