Uber Amerikada kriptovalyuta birjası açacaq

  bitcoin-wheels.pngUber-in həmtəsisçisi olan Oscar Salazar-ın təsis etdiyi Voyager Amerikada rəqəmsal aktivlərin ticarəti üçün komissiyasız kriptovalyuta birjası açacağını elan edib. Yeni birja kriptovalyuta analitikası üçün birləşmə mexanizmi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub.

    Voyager BTC və ETH daxil olmaqla yeni platformada ən azı on beş müxtəlif kriptovalyutanın komissiyasız ticarətini təklif etmək niyyətində olduğunu açıqladı. Məşhur birjalar ilə rəqabət etmək üçün Voyager kriptovalyutalarin ticarəti üçün ən sərfəli qiymətləri təklif edərək yüksək likvidliyin təmin olunmasına çalışacaq. Birjanın gəlirləri əməliyyat üçün ortalama qiymətlərin seçilməsi yolu ilə formalaşacaq. Voyager maliyyə bazarları arasında geniş yayılmış və çox sayda bankların, müxtəlif ticarət platformalarının işində populyarlaşamn proqram təminatı olan – smart-marşrutlaşdırma (SOR) istifadə edəcək. Hazırda platforma beta-testləşmə mərhələsindədir və şirət cari ilin noyabr ayına qədər mobil ticarət tətbiqinin buraxilmasını planlaşdırır. İlkin mərhələdə platforma Amerikanın 5 ştatında – Kaliforniya, Missuri, Montano, Nyu-Hempşir və Massaçusets aktiv olacaq.

Voyager-in həmtəsisçisi və direktoru Stephen Ehrlich: “Kripttovalyutalar alternativ investisya sinifinə çevrilə bilər. İnanırıq ki, rəqəmsal valyutalar bazarı dəyişəcək və tamamilə yeni nəsl investorlar yetişəcək”

Uber-in həmtəsisçisi və keçmiş texniki direktoru və yeni layihənin təsisçisi Oscar Salazar, Voyager barədə istifadəçilərə daha yaxşı məlumatlandırmaq üçün sosial media vasitəsi ilə inteqrasiya etməyə çalışacağını deyib.

003084-e1532614061605.jpg

 

Elnur Quliyev

Leave a Reply