“Blockchain & Bitcoin Conference”

37827538_446822235782648_984163864360779776_n   Smile Expo-nun təşkilatçılığı ilə Bakıda Hilton otelində 27.09.18 tarixdə Blockchain & Bitcoin Conference keçiriləcək. Konfransda kripto sənayenin tanınmış nümayəndələri, kriptovalyuta bazarının ekspertləri, developerlər, sahibkarlar, ödəmə sistemlərinin nümayəndələri iştirak edəcəklər. Ekspertlər Azərbaycanda, Avropada və bütün dünya üzrə blockchain texnologiyası və kriptovalyuta sektorunun inkişafı ilə bağlı fikirlərini və təcrübələrini paylaşacaqlar. Smile Expo Bakıda ilk dəfə olaraq keçirəcəyi bu cür beynəlxalq tədbiri artıq 20-yə yaxın şəhərdə keçirib.

Müzakirə olunacaq əsas mövzular:

  • Azərbaycanda və dünyada kriptobiznezin dövlət tənzimlənməsi və inkişaf prespektivləri;
  • Kriptovalyuta bazarının analitikası;
  • Blockchain texnologiyasına əsaslanan biznes modelləri;
  • İCO-ların uğurlu tətbiqləri və yeni tendensiyalar.

Konfransın spikerləri:

Elnur Quliyev – Crypto Consulting və Kriptoinvest.az-ın təsisçisi və rəhbəri. Azərbaycan Blockchain Mərkəzinin həmtəsisçisi.

Məryəm Tağiyeva – Vətəndaşlıq, biznes və idarəetmə Elmi Mərkəzinin baş sistem memarı. İngiltərə

Serqey Lukaşkin (Сергей Лукашкин) – Proyektlərin rəqəmsal transformasiyalarının idarəetməsi üzrə direktor. VTB Bank. Rusiya Federasiyası

Orxan Əhmədov – Waves-in Azərbaycan üzrə regional nümayəndəsi, CryptoAZE-nin təsisçisi və Azərbaycan Blockchain Mərkəzinin həmtəsisçisi

İqor Porox (Игорь Порох) – iTuber-in analitik və treyderi. Ukrayna

Batırbek Umarov (Батырбек Умаров) – BlockhainKZ Asssosasiyasının təsisçisi və rəhbəri. Qazaxstan

Artem Kolçov (Артем Кольцов) – Rusiya Federasiyasının Dövlət Dumasında Rəqəmsal İqtisadiyyat və Blockchain Texnologiyası üzrə Ekspert Şurasının sədri.

Aleks Sudadze (Алекс Судадзе) – Bitcoin Embassy Georgia-nin təsisçisi və rəhbəri.

125

Blockchain & Bitcoin Conference Baku tədbiri barədə daha ətrafli məlumat almaq və iştirak üçün qeydiyyatdan keçmək bu linkdə mümkündür.

    Smile Expo 2018-ci ildə “Blockchain & Bitcoin Conference” tədbirini aşağıdakı şəhərlərdə keçirəcək: 11.09.2018 – Stokholm, 19.09.2018 – Kiyev, 09.10.2018 – Jeneva, 10.10.2018 – Minsk, 17.10.2018 – Astana, 23.10.2018 – Malta, 20.11.2018 – Moskva

 

Mənbə: https://azerbaijan.bc.events/

Leave a Reply