Vyetnam kriptovalyuta əməliyyatlarını qadağan etdi

    003100.jpgVyetnam hökümətinin maliyyə tənzimləyicisi olan Qiymətli Kağızlar üzrə Komissiya (SSC) yerli maliyyə təşkilatlarına kriptovalyutalarla bağlı əməliyyatları məhdudlaşdırdı. Bu xəbəri ilk dəfə vietnamnews.vn paylaşdı. Komissiyanın bəyanatına əsasən ictimai təşkilatlara, investisiya fondlarına və maliyyə bazarlarında fəaliyyət göstərən şirkətlərə kriptovalyutalarla bağlı broker xidməti və ya digər fəaliyyətlə bağlı əməliyyatlar aparmaq qadağan edilir. Tənzimləyici əsas səbəb kimi kriptovalyutaların çirkli pulların yuyulmasında və digər maliyyə fırıldaqçılıqlarında istifadə edilməsini göstərib. SSC-in bəyanatına əsasən mövcud qadağa, kriptovalyut əməliyyatları ilə bağlı  nəzarətinin gücləndirilməsinə dair Baş Nazirin 11 aprel 2018-ci il tarixli 10/CT-TTQ direktivi əsasında qəbul edilmişdir.

        Vyetnam hökümətinin qəti tədbirlərin görülməsində əsas səbəb cari ilin aprel ayında yerli şirkət olan Modern Tech tərəfindən iki fırıldaqçı İCO proyekti (Ifan və Pincoin) üzrə 32.000 investordan 660 milyon dollar yığaraq aradan çixması oldu. Bu hadisədən sonra Vyetnamın baş naziri Nquen Suan Fuk dövlət qurumlarına kriptovalyutalarla bağlı nəzarət və tənzimləmə qaydalarını sərtləşdirməyi tələb edən direktiv imzaladı.

2018-ci ilin iyul ayında Vyetnam Dövlət Bankı kriptovalyuta mayninqi üçün avadanlığın idxalını dayandırdı. Vyetnamda mayninq fəaliyyəti qanunsuz hesab edilmir lakin ölkə ərazisində rəqəmsal valyutaların ödəniş vasitəsi kimi istifadə edilməsi qeyri-qanunidir.

 

Elnur Quliyev

 

Leave a Reply