Miller Value Partners fondunun təsisçisi və investor Bill Miller 27 iyulda Bloomberg-ə verdiyi müsahibədə bitcoin və digər altkoinlər haqqında fikirləri ilə paylaşıb. B.Miller artıq neçə müddətdir bitkoin tərəfdarıdır və son bir neçə ildə onun hedjfondu bitkoinə 1 milyard dollarlıq investisiya edib.
Bill Miller, ona niyə məhz bitkoin-ə investisiya etdiyini sualına cavab verərkən: “Bu maraqlı texnoloji eksperementdir və heç kim bilmir nə ilə nəticələnəcək. Lakin 8000 dollar dəyərində olan bu aktiv 100 dollar olduğu vaxtdakı kimi riskli deyil. Hazırda dövriyyədə 17 milyon bitkoin var və nəticə etibarilə, dünyanın 25 milyon milyonerinin hər biri ən azı 1 BTC almaq istədikdə, bu aktivin qiyməti artım göstərəcək”.
Miller həmçinin qeyd edib ki, 1600 kriptovalyutanın böyük əksəriyyəti tamamilə faydasızdır və bitkoin kripto sənayenin ən stabil aktividir. O, bitkoinlə bərabər ethereum-un da prespektivli kriptovalyuta adlandırıb.
Xatırladım ki, 2017-ci ilin oktyabr ayında Bill Miller The Wall Street Journal-a verdiyi müsahibəsində Miller Value Partners fondunun aktivlərinin 30%-ni bitkoinə investisiya etdiyini bildirmişdi. Fond tərəfindən əldə edilmiş bitkoinlərin orta alış qiyməti isə 350 dollar təşkil edib.
Elnur Quliyev