31.07.2018 tarixdə AlphaPoint şirkəti pərakəndə və korporativ müştəriləri üçün DCEX adlı yeni kriptovalyuta mübadilə platformasının yaradılması barədə açıqlama verdi. Mərkəzi ofisi San-Fransiskoda olan bu platforma baza valyutası Ripple(XRP) olan dünyanda ilk kriptovalyuta platforması olacaq. Şirkətin məlumatına əsasən onların komandası qiymətli kağızlar və maliyyə sektorunun təcrübəli mütəxəssislərdən ibarətdir və əsas məqsəd kriptovalyuta bazarını ənənəvi maliyyə sənayesinin ən yaxşı təcrübələrini birləşdirməkdir.
DCEX platforması öz müştərilərinə 15 kriptovalyuta cütlükləri üzrə ticarət etməyi təklif edəcək: XRP, Bitcoin (BTC), Litecoin (LTC), Ethereum (ETH), Bitcoin Cash (BCH), Bitcoin Gold (BTG), Ethereum classic (ETC), OmiseGo (OMG), EOS (EOS), DASH (DASH), Tron (TRX), Monero (XMR), VeChain (VEN), IOTA (IOTA), ZCash (ZEC), TrueUSD (TUSD).
DCEX platformasının üstünlükləri: aşağı komissiya haqqı, marjinal ticarət, bütün əməliyyatların sürətlə həyata keçirilməsi, həmçinin valyuta cütlükləri arasında arbitraj. Hazırda istifadəçilər DCEX-də qeydiyyatdan keçə bilər, mübadilə və treydinqlə bağlı xidmətləri yaxın həftələr ərzində aktiv ediləcək.
Elnur Quliyev