Qiymətli metalların rəqəmsal valyuta ilə ticarəti

    Digital Gold Exchange (DGE) platforması qiymətli metalların rəqəmsal valyutalra mübailəsini təşkil edəcək. Əsas məqsəd aktivlərin sürətli, təhlükəsiz və vasitəçi olmadan saxlanması və ticarətinin təmin edilməsidir. Platformada əsas aktiv kimi qızıla daha çox üstünlük veriləcək lakin “white paper”-ə əsasən gələcəkdə platin və ağ qızıl kimi qiymətli metalar ticarət oluna biləcək.

003163.jpg      Digital Gold Exchange-nin nümayəndələrinin açıqlamalarına əsasən onlar artıq bir neçə şirkətlə partnyorluq  müqaviləsi imzalayıblar. İlk belə müqavil fevral ayında Koreyanın ən böyük qızıl treyder olan Korea Gold Exchange 3M ilə bağlanıb. Mart ayında isə Happy Money (hansı ki, hədiyyə kartları Koreyada 500-dən çox brend marka almaq üçün hədiyyə kartları tədim edir) ilə razılığ əldə olunub. İmzalanmış müqaviləyə əsasən istifadəçilər rəqəmsal aktivlərini kitab mağazaları, restoranlar, kinoteatrlar, musiqi mağazalarında və s. yerlərdə qəbul edilən bu kartlarla mübadilə edə biləcəklər.

       DGE-nin öz tokeni – TMTG (The Midas Touch Gold) olacaq. Platformada həmçinin digər ikinçi token – MDG olacaq və onu ancaq TMTG tokeni ilə almaq mümkün olacaq.  Hər bir MDG tokeni 1 qram qızıl ilə təmin ediləcək və onu istənilən an maddi aktivə mübadilə etmək mümkün olacaq. Tokenlərin alqı-satqısı avqustun 1-dən IDCM-də, 16-dan isə Coinsuper Exchange-də həyata keçiriləcək.

 

Elnur Quliyev

 

 

Leave a Reply