McDonald’s öz valyutasını buraxır – MacCoin

     McDonald’s nümayəndələri dünyanın ən məşhur burgerinin “doğum günü“-nə həsr edilmiş xüsusi token – MacCoin buraxmağı qərara alıb. Şirkət təmsilçilərinin açıqlamalarına əsasən MacCoin – qida ilə təmin edilmiş ilk qlobal valyuta olacaq. MacCoin bitkoin üçün alternativ deyil, mahiyyət etibarı ilə bu token McDonald’s-ın dünyanın 50 ölkəsində yayılacaq burgerlərin alınması üçün bir kupon və ya vauçer rolunu oynayacaq. MacCoinn 5 fərqli versiyada buraxılacaq və ümumi sayının 6.2 milyon ədəd olması planlaşdırılıb.

30_07_maccoin Avqustun 2-dən etibarən McDonald’s-ın 58 ölkədə yerləşən 14.000 restoranında MacCoin almaq mümkün olacaq. MacCoin tokenlərinin buraxılması Big Mac-ın 50 illik yubileyinə həsr olunub. McDonald’s-ın icraçı direktoru Steve Easterbrook MacCoin tokeninin təsadüfən 2 avqust tarixindən seçilmədiyini açıqlayıb. Həmin gün Big Mac-ın yaradıcısı olan Jim Delligatti-nin 100 yaşı olur.

   MacCoin-ni yaratmaq ideyası The Economist nəşrinin ölkələr üzrə alıcılıq qabiliyyətinin müəyyən edilməsi üçün Big Mac indeksi-dən istifadə etməsindən yaranıb. Bu indeks 1986-cı ildən The Economist jurnalı tərəfindən müxtəlif ölkələrdə 1 ədəd Big Mac-ın qiyməti ilə alıcılıq qabiliyyətinin ölçülməsi üçün alternativ variant kimi istifadə olunur.

003128

 

McDonald’s brendi

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply