Bitcoin Amerika xüsusi xidmət orqanlarına kömək edir

      Amerika Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Lilita Infante Bloomberg-ə verdiyi müsahibədə qeyd edib ki, cinayətkarların bitcoindən istifadəsi xüsusi xidmət orqanlarının onları izləməsinə imkan yaradır. Onun sözlərinə əsasən beş il bundan qabaq bitkoin tranzaksiyalarının 90%-nin arxasında cinayətkarlar dururdu, indi isə bu rəqəm 10%-ə enib. Hazırda kriptovalyuta tranzaksiyaların böyük əksəriyyəti spekulyativ məqsədlərdə istifdə olunur.

   003283DEA (Drug Enforcement Administration) agenti  Lilita Infante 10 nəfər üzvü olan Cyber ​​Investigative qrupunun üzvüdür. Cyber ​​Investigative qaranlıq şəbəkələr və virtual valyutalarla əlaqəli araşdırma fəaliyyəti ilə məşğul olur və Ədliyyə Nazirliyi, Federal Təhqiqat Bürosu ilə əməkdaşllıq edir. Son zamanlar kriptovalyutaların müxtəlif məqsədlər üçün istifadə edilməsində artan maraqları nəzərə alaraq Amerika xüsusi xidmət orqanları da yeni texnologiyanın imkanlarından istifadə etməklə çirkli pulların yuyulması və narkotiklərin qanunsuz dövriyyəsinə nəzarət formalarını təkminləşdirirlər.

   Lilita Infante: “Xüsusi xidmət orqanları cinayətkarları izləmək üçün lazım olan xüsusi instrumentlərə malikdirlər. Blockchain texnologiyası həqiqətən insanları identifikasiya etmək üçün bizə bir çox vasitələr təqdim edir. Mən həqiqətən cinayətkarların bitcoindən istifadə etməsini istəyirəm”.

Elnur Quliyev

Leave a Reply