Çilidə kriptovalyuta ilə ödəniş mümkün olacaq

    l722rus.pngÇilinin kriptovalyuta birjası olan Crypto MKT ölkə vətəndaşlarının 5000-dən çox pərakəndə mağazada mal və ya xidmətlər üzrə kriptovalyuta ilə hesablaşa biləcəyini elan etdi. Birjanın kriptovalyta presseinq servisi ilə əməkdaşlığı biznes tərəfdaşlarına rəqəmsal valyutalar ilə hesablaşmağa imkan yaradır. Crypto MKT və online platforma olan Flow.CL arasında əməkdaşlıq ticarət obyektlərinə CryptoCompra adlı platforma vasitəsilə ödəniş variantı kimi kriptovalyutadan istifadə etmək mümkün olacaq.

    CryptoCompra-nin istifadəsi Çili, Argentina və Braziliyada mümkündür. Alıcılar CryptoCompra vasitəsilə mal və ya xidmət müqabilində bitcoin, ethereum, stellar ilə ödəniş, satıcılar isə ödənişləri fiat pul ilə qəbul edə biləcəklər. Crypto MKT birjası isə öz növbəsində CryptoCompra-yə kriptovalyutada olan ödənişlərin məzənnənin kəskin dalğalanmasından təsirlənməyəcəyinə dair təminat verəcək.

Leave a Reply