Dünyanın nadir və eksklyuziv avtomobilləri satılan auksionlardan biri olan Bonhams kriptovalyuta ilə ödənişlərin qəbul edəcəyini elan etdi. Artıq istənilən şəxs Bonhams auksionundan Lamborghini, Ferrari və Bentley avtomobillərini əldə etmək üçün rəqəmsal valyutalar ilə ödəniş edə biləcək. Kriptovalyuta ilə hesablaşmalara keçmənin əsas səbəbi tranzaksiyaların sürətli olması göstərilib. Dollar və ya digər xarici valyutalarla auksiyondan avtomobil alınarkən satıcının hesabına pul vəsaitlərinin daxil olması və əməliyyatın icrası bir neçə gün və ya həftələr çəkə bilər. Kriptovalyuta istifadə edərkən isə əməliyyatlar yalnız bir neçə dəqiqə və ya maksimum bir neçə saat çəkir.
White Company-in icraçı direktoru Elizabeth White Forbes-ə verdiyi açıqlamada qeyd edib ki, Bonhams-ın müştərilərinin rəqəmsal aktivləri ilk olaraq White Company-nin bitkoin-cüzdanına daxil olur, sonra isə həmin aktivlər fiat pul formasında Bonhams-ın hesabına köçürülür. Bununla da bütün proses cəmi 30 dəqiqə çəkir.