İCO sektoru üzrə konsaltinq xidmətləri göstərən Satis Group ekspertlərinin tərtib etdikləri hesabata əsasən yaxin beş il ərzində bitkoinin qiyməti 96.000 dollar olacaq. Bu məlumatı Coindesk portalı dərc edib.
Satis Group-un beş hissədən ibarət olan hesabatında kriptovalyuta bazarının necə qiymətləndirildiyini və bu qiymətləndirmənin arxasında olan aktivlərin real dəyərinə uyğun olub olmadığını təhlil edilir. Sherwin Dowlat və Michael Hodapp-ın hazırladığı hesabatda kripto bazarının yaxın beş ildə necə görünəcəyini proqnozlaşdırılır. Hesabatın müəllifləri bazarın dinamikası ilə müqayisədə rəqəmsal aktivləri keyfiyyət xüsusiyyətləri ilə qiymətləndirərək müxtəlif kriptovalyutaların məzənnələrinin 5 ildən sonra necə görünəcəyini proqnozlaşdırmağa çalışdılar. Nəticədə Bitcoin, Monero və Decred kimi kriptovalyutaların qiymətləri əhəmiyyətli dərəcədə artması müşahidə olunub.
Elnur Quliyev