Binance və Nasdaq birjalarının mənfəətləri eyni oldu

       2018-ci ilin birinci rübündə aparıcı kriptovalyuta birjası olan Binance 200 mln dollar məbləğində mənfəət əldə edib ki, bu da demək olar ki, dünyanın ikinci ən böyük fond birjası olan Nasdaq (209 mln dollar) ilə müqayisə edilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Binance işçilərinin sayı fond birjasının heyətinin yalnız 4% -ni təşkil edir.

unnamed Bu məlumatı Danhua Capital-in idarəedici direktoru Dovey Wan öz twitter-də paylaşıb. O qeyd edib ki, cəmi 8 aydır fəaliyyət göstərən və 200 işçisi olan Binance minlərlə işçinin və uzun illər təcrübəsi olan maliyyə bazarının nəhəngləri ilə eyni səviyyədə rəqabət apara bilir. Həmçinin Dovey Wan qeyd edib ki, Binance-nin mənfəəti hətta əsası 1870 ildə qoyulmuş və 100 min işçi heyyətinə sahib olan Almaniyanın ən böyük bankı olan Deutsche Bank-ın mənfəətindən 50 mln dollar çoxdu.

 

 

Elnur Quliyev

Leave a Reply