Mayninq ferması olan Atlantic Crypto-nun təsisçisi Brian Venturo elektrik enerjisinin 1 k/vt üçün orta hesabla 0.12 dollar olduğu halda 1 ethereum-un mayninqinin maya dəyəri 152 dollara bərabər olduğu açıqlayıb. Bu məlumatı Trustnodes portlaı dərc edib. Onun sözlərinə görə hazırda 1 ETH-un mayninqi üçün enerji sərfiyyatı 1.27 m/vt təşkil edir və bununla da ETH-un maya dəyəri 152 dollar olacaq. Beləliklə, Ethereum-un mövcud bazar qiymətində (287 dollar) onun maya dəyəri 53% təşkil edir.
12 sent ABŞ və Böyük Britaniyada elektrik enerjisinin orta qiymətidir. Lakin ABŞ-ın bəzi ştatlarında elektrik enerjisinin dəyəri fərqli ola bilər. Misal üçün, Şimali Dakota və Vaşinqtonda elektrik enerjisinin qiyməti 8 qəpik təşkil edir və bu zaman 1 ETH-un mayninqi 100 dollara başa gələcəkdir. Bəzi amerikalı maynerlər elektrik enerjisinin daha ucuz olduğu yerlərə – məsələn Çinə keçməyi planlaşdırırlar. Çində elektrik enerjisinin qiyməti 4 sent təşkil edir ki, bu zaman ETH mayninqi 50 dollara qədər enəcək və mayninqin maya dəyəri ethereum-un cari məzənnəsindən 6 dəfə ucuz olacaq. Hər bir ETH əldə etmək üçün çəkilən xərcləri nəzərə aldıqda, hətta 1 blok üçün maynerlərin mükafatı azaldılsa belə EHT mayninqi rentabelli hesab edilir.
Qeyd edim ki, 31 avqustda 14 nəfərdən ibarət Ethereum developerlərin video konfransı keçirilib və bu zaman bir sıra mühüm qərarlar qəbul edilib. EİP 1234-in təkmilləşdirilməsi üçün təklif olunan protokol çərçivəsində hər bloku üzrə mükafatın 3-dən 2 ETH-a endirmək qərara alınmışdır.
Elnur Quliyev