Yahoo Finance öz portalında Bitcoin, Litecoin və Ethereum ilə ticarəti aktivləşdirdi. Platformada Bitcoin Cash, Ethereum Classic və EOS kimi digər kriptovalyutalar haqqında statistik məlumatlar göstərilsə də onlarla hər hansı ticarət əməliyyatı aparmaq imkanları mövcud deyil. İstifadəçilərin Yahoo Finance-də alqı-satqı əməliyyatı aparmaları üçün Coinbase birjası və ya Robinhood-da hesabları olmalıdır.
Morgan Creek Digital-ın təsisçisi Anthony Pompliano öz twitter-də “Siz artıq Yahoo Finanace-də Bitcoin, Litecoin və Ethereum ala bilərsiz” yazaraq paylaşıb. O, hesab edir ki, bu xəbər rəqəmsal aktivlər bazarının inkişafında əhəmiyyətli rol oynayacaq.