Fiat pulların böhranı fonunda Bitcoin bahalaşır

       Amerika ilə münasibətlərin kəskinləşdiyi dövrdə İran realı və Türk lirəsinin dəyərinin düşməsindən sonra növbə İndoneziya rupisi və Argentina pesosuna çatdı. Amerika-Çin ticarət müharibəsi fonunda İndoneziya milli valyutası sürətlə dəyər itirməyə başlayıb. İndoneziya Milli Bankının uçot dərcəsini qaldırmağına baxmayaraq rupi 8.7% dəyər itirib. Bununla yanaşı, Argentina Mərkəzi Bankı böyük dövlət borcları səbəbindən ehtimal olunan defoltdan narahat olan investorların ölkədən çıxmasının qarşısını almaq üçün uçot dərəcəsini 60% artırdı. Buna baxmayaraq peso ABŞ dollarına nisbətən 15% dəyər itirib.

      Fiat pulların böhranı fonunda bitkoinin qiyməti son bir həftə ərzində 8.5% qalxaraq 7.253 dollar olub. 02.09.2018 tarixinə CoinMarketCap.com-a istinadən kriptovalyutalar üzrə kapitalizasiya 238.5 milyard dollar təşkil edir. Bitkoin 125 milyard dollar ilə ümumi bazar kapitalizasiyasının 52.4%-ni təşkil edir.

image.png

Elnur Quliyev

Leave a Reply