Kiyev bazarında kriptovalyuta ilə hesablaşma

      Ukraynanın paytaxtı Kiyevin Bessarab bazarında artıq kriptovalyuta ilə hesablaşmaq mümkündür. Bessarab bazarı Kiyevin mərkəzində yerləşən ən qədim və bahalı bazar hesab edilir. Bu bazarda bəzi yerli satıcılar meyvə və tərəvəz müqabilində kriptovalyuta ilə ödənişləri qəbul etməyə başlayıblar. Artıq 40 il bu bazarda işləyən Oksana kriptovalyuta ilə hesablaşmanın artıq müasir tələbə çevrildiyini qeyd edib. Onun sözlərinə görə Kiyevin mərkəzində kağız puldan istifadə etməyən xarici vətəndaşlar kifayət çoxdur və biz belə müştəriləri itirmək istəmirik.

40559500_10156828881622878_8929115301895733248_n.jpg  Bessarab bazarının direktoru Nikolay Kovalçuk: “Hazırda Bitcoin, Bitcoin Cash, Bitcoin Gold, Litecoin, Ethereum, Nano, Dash, Waves, EOS və NEM istifadə edərək məhsulları əldə etmək mümkündür. İndi ödənişlər test rejimində aparılır, buna görə də kriptovalyuta ilə yalnız meyvə və tərəvəz satılır. Alqı-satqı əməliyyatını (500 dollara qədər) həyata keçirmək üçün QR-kodu stenddən skan etmək kifayətdir. Bundan sonra kriptovalyuta fiat pula konvertasiya edilir və şatıcı ödənişi qrivnada qəbul edir. Konvertasiya əməliyyatı Paytomat ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Biz ümid edirik ki, bu təşəbbüsümüz ilə gənc texnologiya həvəskarlarını bazarımıza cəlb edəcəyik. Bazar administrasiyası kriptovalyutalarla hesablaşmaların populyarlığını nəzərə alaraq ümumilikdə satış səviyyəsini yüksəlməsini gözləyir”.

     Paytomat-in icraçı direktoru Aleksandr Kurin: “Bu proyektin əsas məqsədi gündəlik həyatda kriptovalyutaların istifadəsinin sadəliyini nümayiş etdirməkdir. Ən çətin məqam isə satıcıları tranzaksiya əməliyyatı bitdikdən sonra həqiqətən qrivna alacağına inandırmaq idi”.

 

Kiyevdə ilk rəsmi kriptovalyuta mübadilə məntəqəsi

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma