BUY Your crypto bank – Kiyevdə fiziki şəxslər üçün ilk rəsmi kriptovalyuta mübadilə məntəqəsi fəaliyyətə başladı. Ukraynada kriptovalyuta sektorunun leqallaşdırılması ilə bağlı hər hansı qanunvericilik bazasının olmamasına baxmayaraq yerli start-up şirkət mövcud qanunvericlik çərçivəsində işləmək imkanı tapmağa nail olub. Ödənişlərin qəbulu və ödənilməsi yalnız milli valyutada mümkündür, bu səbəbdən mübadilə məntəqəsi müştərilərə ticarət əməliyyatlarında Bitcoin-qrivna təklif edir.
Mübadilə mərkəzi ticarət əməliyyatları üçün mübadilə cütlüyünü tapmağa kömək edir və əməliyyat şərtlərinin icrasının təminatı kimi çıxış edir. Bundan əlavə, mübadilə məntəəsində kriptovalyuta bazarı haqqında konsultasiya da almaq mümkündür. Bütün əməliyyatlar şirkətin kassa aparatı vasitəsilə həyata keçirilir və vergi xidmətində qeydiyyata alınır. Buna baxmayaraq, mübadilə xidməti istifadəçilərin anonimliyini və təhlükəsizliyini təmin edir. Kripto əməliyyatı həyata keçirmək üçün müştəri yalnız mobil telefon nömrəsini təqdim etməlidir.
Şirkət adındakı “bank” terminini təsadüfən seçməyib. Komanda gələcəkdə istifadəçiləri üçün yeni maliyyə alətləri əlavə edərək fəaliyyətlərini genişləndirməyi planlaşdırır. Ayın sonuna qədər layihənin rəsmi internet saytında bank kartı vasitəsi ilə kriptovalyuta mübadiləsini reallaşdıracaq.
Kiyevdə Satoşi Nakomutoya heykəl qoyuldu