UNICEF France xeyriyyə fondu ianələri bitcoin və digər səkkiz kriptovalyutada qəbul edəcəyini elan etdi. BMT-nin uşaq fondunun Fransa bölməsinin mətbuata açıqlamasına əsasən Fond aşağıdakı kriptovalyutalarda ianə ödənişlərin qəbul edəcək: bitcoin, ethereum, ripple, eos, litecoin, monero, dash, bitcoin cash və stellar. UNICEF-in Fransa üzrə direktoru Sebastien Lyon: “Kriptovalyutalar və blockchain texnologiyası xeyriyyə məqsədləri üçün ictimaiyyətə müraciət etmək üçün yeni imkanlar təklif edir və uşaqlar üçün işlədiyimiz ölkələrdə missiyamızı həyata keçirməyə daha geniş imkan yaradır. Bu innovasiya həmrəylk və ianə yığımı baxımından bir yenilikdir”.
Xatırladım ki, UNİCEF (United Nations International Children’s Emergency Fond) – BMT-nin Uşaq Fondu 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün yaradılıb.