Avropanın ticarət platformalarından biri olan eToro apardığı tədqiqatların nəticəsində məlum olub ki, kriptovalyuta sektorundakı investorların 91.5%-i 35 yaşa qədər olan kişilər təşkil edir. Qadın investorların rəqəmsal aktivlərlə bağlı mövqeyi kifayət qədər konservativdir və “risk iştahası” kişilərə nisbətən daha aşağıdır. eToro mart 2017-dən fevral 2018-ə qədər olan məlumat bazasını araşdırarkən bu qənaətə gəlib. İnformasiyaların analizinin nəticəsində məlum olub ki, kripto-investorların böyük əksəriyyəti informasiya texnologiyaları, satış, marketinq sektorunda işləyən şəxslər və tələbələrdir. Onların investisiya portfelini isə əsasən bitcoin, ripple və ethereum təşkil edir. Yaşı 55-dən yuxarı investorlar isə bitcoin cash, stellar və neo-ya üstünlük verirlər.
eToro kriptovalyutalarla işləyərkən iştirakçıları tərəfindən müxtəlif strategiyaların istifadəsini nəzərə alaraq gəlirlilik göstəricilərini də təhlil edib. Məlum olub ki, ripple və ethereum sahibləri orta hesabla daha çox mənfəət əldə ediblər lakin bitcoin cash sahibləri isə zərərlə üzləşib.