Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (CCID) kriptovalyuta üzrə sentyabr ayı üçün rəsmi reytinqini açıqladı. May ayından etibarən tərtib edilən 5-ci reytinqdə 33 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınıb. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Ethereum, Bitshares, Neo, Steem.
Bitshares sentyabr üzrə reytinqdə 12-ci yerdən 3-cü yerə qalxdı. Bitcoin isə 10-cu yerdən 16-cı yerə, Komodo isə 3-cü yerdən 8-ci yerə düşüb.
Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.