Yapon birjalarından 540 milyon dollar oğurlanıb

    Yaponiya polisi (NPA) 2018-ci ilin ilk yarısında kiberhücümlar haqqında məlumatları yayımlayıb. Statistik məlumatlara əsasən kriptovalyuta birjaları və elektron cüzdanlara haker hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqaisədə üç dəfə artıb. NPA-nın hesabatında qeyd edilir ki, 2018-ci ilin əvvəlindən 158 haker hücümü qeydə alınıb və bu zaman hakerlər 540 milyon dollar oğurlaya bilib. 2017-ci ilin eyni dövrü ilə müqaisədə bu göstəricilər – 149 haker hücumu və 5.9 milyon dollar olub. Hesabata əsasən hakerlər daha çox bitcoin, nem və ripple oğurlamağa üstünlük verirlər.

Hacker-min-950x635    Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) son aylar kriptovalyuta birjalarının təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarəti gücləndirib. Bir çox hallarda haker hücumlarının əsas səbəbkarları rəqəmsal cüzdanlarıının sahiblərinin özləri olur. Oğurlanmış cüzdanların təxminən 60%-də hesaba giriş və elektron poçt ilə eyni loqin və parollar istifadə olunub. FSA mütamadi olaraq yerli investorları şifrə seçərkən və məlumatların saxlanmasına məsuliyyətlə yanaşmağa dair xəbərdarlıqlar edir.

     Xatırladım ki, sentyabrın 14-də Yaponiyanın Zaif birjasına haker hücümü zamanı 60 milyon dollar dəyərində bitcoin, monacoin və bitcoin cash oğurlanıb.

 

Elnur Quliyev

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma