Dünyanın ən təhlükəsiz şəhərləri reytinqi

      Dünyadakı cinayətlərin statistikasını müqayisə edən Numbeo cinayətlərin sayına görə 2018-ci ilin ən təhlükəsiz şəhərlər reytinqini dərc edib. Numbeo-nun mütəxəsissləri 327 şəhər üzrə cinayət dərəcələrini təhlil edərək Abu Dabini (Abu Dhabi) dünyanın ən təhlükəsiz şəhəri elan ediblər. Burada cinayətkarlıq indeksi 13.63%, təhlükəsizlik indeksi isə 86.37% təşkil edib. Abu Dabidən sonra “Top 10”-da yer alan şəhərlər: Doha (14.48%), Bazel (16.01%), Sinqapur (16.23%), Qubek (16.43%), Osaka (16.77%), Tokio (16.86%), Bern (17.24%), Münhen (17.45%), Sürix (19.01%).

Qeyd edim ki, Bakı şəhəri siyahıda (cinayətkarlıq indeksi 26.75%, təhlükəsizlik indeksi 73.25%) 42-ci yerdə qərarlaşıb. Maraqlı fakt odur ki, MDB ölkələri içərisində Tbilis şəhəri  (19.81%) reytinq üzrə 16-cı yer ilə ilk pillədədir.

2.full-day-abu-dhabi-city-tour

 

Elnur Quliyev

Leave a Reply