Kiyevdə sentyabrın 29-u Satoşi Nakomutoya həsr edilmiş virtual heykəlin açılışı oldu. Həmin yerdə əvvəl Leninin heykəli qoyulmuşdu. Tədbirin təşkilatçısı olan Satoshi Nakamoto Republic kiyevlilərə bitkoinin yaradıcısı və kriptovalyuta dünyasının ən sirli şəxsiyyəti – Satoşi Nakomuto haqqında aksiya keçirəcəyini qabacadan bildirmişdi. Tədbir kriptovalyuta həvəskarlarının üzərində “Bitcoin is secure by nothing”, “We want pension in bitcoin” şuarları yazılmış plakatlar ilə yürüşü ilə başlayıb.
Tədbirin izləyiciləri heykəlin yanında qoyulmuş QR-kod vasitəsilə xüsusi proqram tətbiqini yükləməklə virtual heykələ baxmaq imkanı əldə ediblər. Təşkilatçıların sözlərinə əsasən “virtual heykəl” Satoşi Nakamoto-nu (bir qadın, süni intellekt və yadplanetli) təmsil edən bütün şəxsiyyətləri əks etdirir. Vurtual heykəli görmək üçün mobil tətbiqi tapmaq üçün Google Play-də Satoshi Nakamoto Republic sözünü və ya App Store-də Satoshi Monument yazmaq kifayətdir.
Kiyev bazarında kriptovalyuta ilə hesablaşma