Dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjalarından biri olan Binance-in icraçı direktoru Zhao Changpeng “Consensus: Singapore 2018″ konfransı zamanı CryptoGlobe agentliyinə verdiyi müsahibədə qeyd edib ki, kriptovalyuta bazarında “buğa rallisi” istənilən an başlaya bilər.
Zhao Changpeng: “Əgər siz bitkoinin həftəlik və ya ayliq qrafikinə baxsanız, əlbətdəki qiymətlərin enməsini müşahidə edəcəksiniz. Lakin qrafika illik baxanda hər şüy öz yerini alacaq. Mən kripto-bazarı həmişə uzunmüddətli miqyasda qiymətləndirirəm. Özüm heç vaxt ticarət etmirəm, “al və saxla” (Buy and hold) strategiyasının tərəfdarıyam.
Xatırladım ki, sentyabr ayının əvvəində Binance 2019-cu ildə minimum 5 kripto-fiat birjalarıının açılacağını elan etmişdi.
Binance: U.Baffetin kriptovalyutaları anlamır