ABŞ-da 100.000 bankomantda bitcoin almaq mümkün olacaq

     GenmegaLibertyX arasında partnyorluq müqaviləsi bağlaması nəticəsində ABŞ-da artıq adi bankomatlardan bitcoin almaq mümkün olacaq. Bunun nəticəsində partnyorlar müştərilərə öz debit kartlarını istifadə edərək, sayı 100.000-dən çox olan Genmega ATM-lərində bitcoin ala bilərlər. Bankomatlara bitcoin almaq funksiyası əlavə edildikdən və ATM-lərin proqram təminatını yenilədikdən sonra onlardan fiat pullar kimi bitcoin almaq anı vaxt ərzində mümkün olacaq. ABŞ tarixində ilk belə təcrübə olacaq ki, 100.000-dən çox fiat bankomatlarında paralel olaraq bitcoin alışı aktiv ediləcək.

    Genmega-nın vitse-prezidenti Wes Dunn: “ATM operatorları dövriyyə əməliyyatlarının həcmi artırılması yollarını axtarırlar. LibertyX ilə birgə bu yeni təşəbbüslə məşğul olmağımızdan məmnunluq duyuruq. Bu, müştərilərimizə və alış-veriş yerləri üçün mühüm fayda gətirəcək”.

   Xatırladım ki, Coinatmradar.com-um 18.10.2018 tarixinə verdiyi məlumata əsasən hazırda ABŞ ərazisində 2327 ədəd kripto bankomat var.

 

 

Elnur Quliyev

Leave a Reply