Biznesmen, blockchain mütəxəssisi və Megaupload-ın yaradıcısı Kim Dotcom öz twitter hesabında qeyd edib ki, Amerika iqtisadiyyatının çökməsi sadəcə zaman məsələsidir.
Kim Dotcom: “ABŞ imperiyası hazırda öz borcuna xidmət etmək üçün ildə 500 milyon dollar ödəyir. ABŞ borcu hər il bir trilyon artır. Bu çıxış yolu olmayan bir ölüm spiralıdır. Dolların çökməsi isə qaçılmazdır. Dollar və Amerika səhmlərindən uzaq durun. Qızıl və bitcoin alın”.
Hazırda dünyanın ən güclü iqtisadiyyatına sahib olan Amerika Avropa və Asiyanın iqtisadi vəziyyətinə böyük təsirə malikdir və ABŞ-da baş verən istənilən təlatüm qlobal iqtisadi krizisə səbəb olacaq.
Xatırladım ki, Coinbase birjasının icraçı direktoru Brain Armstrong da öz twitter hesabında qeyd etmişdi ki, bitcoin 2030-cu ilədək ABŞ dollarını qlobal ehtiyyat valyutası kimi əvəz edə bilər.
Elnur Quliyev