Apple şirkətinin həmtəsisçisi Steve Wozniak Los-Anceles şəhərində keçirilən Crypto Invest Summit konfransında çıxışı zamanı bəyan edib ki, blockchain texnologiyası bitcoin sayəsində investor və İT sektorun diqqətini cəlb edə bilib. Onun fikrincə bitkoinin təmin etdiyi azadlıq blockchain texnologiyasının inkişafında əsas amil olub.
Steve Wozniak:”Bitcoin həqiqətən bizə blockchain texnologiyasının nəyə qadir olduğunu göstərdi. Əsas üstünlük spektoru odur ki, heç bir mərkəzi nəzarət mənbəyi yoxdur. Bu diqqətimizi çəkdi. Mən bir çox insanlarla görüşürəm hansı ki, hər gün istifadə etdiyimiz müxtəlif mobil tətbiqlər hazırlayırlar, bunlar hamısı blockchain-də olacaq”
S.Wozniak həmçinin özünün İKT sektorunda karyerasının başlanğıcını xatırlayaraq: “Bitkoinə baxın, bu çox sadədir və buna heç kim nəzarət etmir. Bu həqiqətən işləyir. Əvvələr insanlar eyni sözləri personal kompüterlər haqqında da deyirdilər – heç nə alınmayacaq! Heç bir böyük şirkət ona investisiya qoymaq istəmirdi. Mən Hewlett Packard-da işləyəndə təklifimi beş dəfə rədd etmişdilər. Amma biz düşünürdük “Ey Allahım, hər kəsin öz kompüteri olsa dünya tamamilə fərqli olacaq”. Biz dedyirdik ki, kompüter imkanlarınızı genişləndirir – O, insanı daha çox bacarıqlı edə bilir” demişdir.
Xatırladım ki, Steve Wozniak dünya mediasında blockchain və kriptovalyutalarla bağlı müsbət bəyanatları ilə tanınır. O, avgust ayında keçirilən ChainXchange konfransı zamanı Equi – blockchain layihəsində iştirak edəcəyini bildirmişdi.