FICE – İlk Islam kriptovalyuta mübadilə servisi

     Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən ADAB Solutions 2019-cu ildə şəriət qanunlarına uyğun olaraq fəaliyyət göstərən ilk kriptovalyuta mübadilə servisi – FİCE (First Islamic Crypto Exchange) açacaqlarını elan etdi.

       Proyektin 2019-cu ildə işə düşəcəyinə baxmayaraq indidən kriptovalyuta cəmiyyətinin diqqətini cəlb etməyi bacarıb. “Coin Shark“-da “2018-ci ilin 10 ən faydalı ICO layihəsi” başlıqlı siyahısında FİCE ilk pillədə yer almışdı. Layihənin təşkilatçıları hesab edir ki, FİCE kriptovalyuta bazarını müsəlman aləminə qapıları açmaqla bərabər, İslam Maliyyə Sisteminin bütün prinsiplərinə uyğun olaraq işləyən dünyanın ilk kripto mübadilə servisi olacaq.

adab-solutions.pngADAB Solutions-dan verilən məlumata əsasən İslam kriptovalyuta ticarəti servisi ilə ənənəvi platformalar arasındakı fərq ondan ibarət olacaq ki, FICE bazarda spekulyasiya və manipulyasiya etməyəcək. Platformanın fəaliyyətinə iki ayrıca departament nəzarət edəcək – İslam Maliyyəsi Departamenti (Department of Islamic Finance) və kriptovalyutaların “halal” olmasını analiz edən və təsdiqləyən Şəriət Məsləhət Şurası. FİCE-nin əsas məqsədi müsəlman ölkələrində kriptovalyuta ticarətinin təşviq edilməsidir. Bu platformada kriptovalyuta və tokenlər yerləşdirilərkən onların xüsusiyyətləri mütləq şəkildə nəzərə alınacaq. Narkotik və spirtli içkilər, azart oyunlar, əxlaqsız davranış, ponzi və fırıldaqçılıqla əlaqəli tokenlər platformaya buraxılmayacaq.

ADAB Solutions investorlara 2019-cu ilin fevral ayına qədər davam edəcək İCO zamanı ADAB tokenlərini təklif edir. ADAB tokeninin ilkin qiyməti şirkətin rəsmi saytında 0.1 dollar təşkil edir və birjalara 2018-ci il 31 dekabrda daxil olacaq. Şirkətin proqnozlarına əsasən 2022-ci il üçün tokenin qiyməti 11.5 dollara qədər qalxacaq.

     Xatırladım ki, Daily News qəzetinin 2018-ci ilin sentyabr ayında yayımladığı hesabata əsasən son 10 ildə İslam maliyyə bazarının illik artımı 10-12% təşkil edir. Bundan əlavə, 2018-ci ilin iyul ayında Thomson Reuters analitikləri İslam maliyyə bazarının dəyərini 2,2 trilyon dollar səviyyəsində qiymətləndirib və 2022-ci il üçün bu rəqəmin 3.8 trilyon dollara qədər artacağını proqnozlaşdırıblar.

 

Elnur Quliyev 

 

 

Leave a Reply