Bitcoin – 10 yaş!

  bitcoin-9-cryptonews-cover Düz 10 il əvvəl – 31 okytabr 2008-ci ildə Satoşi Nakamoto “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı sənədi (Bitcoin White Paperinternetə buraxdı. Bitcoin-ilk kriptovalyutanın konsepsiyası (kriptoqrafiyaya əsaslanan elektron ödəniş sistemi) bu sənəddə izah olunurdu. 2009-cu ilin yanvarın 3-də isə Genesis block – ilk bitcoin bloku yaradıldı və dünyada ilk blockchain meydana gəldi. Yanvarın 12-də isə Satoşi Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi. Kripto cəmiyyətin bəzi nüməyəndələri bitkoinin əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Bitcoin ilə ilk sövdələşmə – Amerikanının Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə ilk dəfə olaraq bitcoin ilə pizza alaraq tarixə düşməyi bacarıb. Laszlo 2010-cu il mayın 21-i Bitcointalk forumunda ona 2 pizza sifariş edənə 10.000 bitcoin göndərəcəyini təklif edir. Həmin vaxt 1 bitcoin təqribən 0.003 dollara bərabər idi. Bir gün sonra yəni mayın 22-si Laszlo 2 pizza qarşılığında Jercos adlı istifadəçiyə 10.000 BTC göndərdiyini elan etdi və bu hadisə tarixdə bitcoin ilə ilk sövdələşmə kimi düşdü.

     1 BTC-nin qiyməti 10.02.2011 tarixdə 1 dollar, 01.04.2012-də isə 100 dollar təşkil edirdi. Kiprdə yerləşən Nicosia Universiteti 2013-cü ilin noyabr ayında ilk dəfə olaraq bitcoini ödəniş vasitəsi kimi qəbul etdiyini elan etmişdi. 2017-ci ilin dekabrın 17-si isə 1 BTC-nin qiyməti 20,089 dollara qədər qalxa bilmişdi.

0_Drv4xM5VCWxQsSUQ

      31.10.2018 tarixinə CoinMarketCup.com-a istinadən ümumi kriptovalyutaların bazar kapitalizasiyası 202.9 milyard dollar təşkil edir ki, bunun da 54.1%-i tək bitcoinin payına (109.8 milyard dollar) düşür. 1 BTC-nin qiyməti isə 6330 dollardır.

Genesis block – 10 yaş!

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev

Leave a Reply