Dünyada ilk bankomat (ATM)

    Dünyada ilk bankomat və ya ATM (Automated Teller Machine) 1939-cu ildə Nyu-Yorkda City Bank of New York tərəfindən quraşdırlıb. İxtiraçı Luther George Simjian tərəfindən yaradılmışdı. Yeni qurğu nağd pul verirdi lakin bankla əlaqəli olmadığı üçün müştəri hesabından həmin məbləği çıxa bilmirdi. ATM gözlənildiyi kimi maraqla qarşılanmır və 6 aydan sonra istifdə olunmadığına görə sökülür.

     Müasir ATM-lərin portatipi olan ilk bankomat isə 27 iyun 1967-ci ildə şotland John Shepherd-Barron tərəfindən kəşf olunub və Londonda Barclays bankının Enfield High Street-də yerləşən filialında quraşdırılıb. Həmin vaxtlar plastik kartlar olmadığı üçün pul bank tərəfindən verilmiş vauçer vasitəsilə çıxarılırdı. Bankomatdan istifadə edən ilk şəxs məşhur komediya ustası Reg Varney olmub.

      2017-ci ilin iyun 27-si Londonda ilk bankomatın 50 illik yubileyi qeyd edildi. Barclays bankının nümayəndələri yubiley münasibəti ilə ilk bankomatın quraşdırıldığı filialdakı bankomatı qızılı rəngə boyadib, memorial lövhə qoydurub və qarşısına qırmızı xalça sərmişdi.

eca86bd9e0d11abd559509.jpg

     70-ci illərə qədər bakların əksəriyyəti nahar fasiləsinə qədər işləyirdi və bu müştərilər üçün nağd pulun çıxarılması ilə bağli ciddi çətinliklər yaradırdı. Hətta ilk bankomatını quraşdıran Chemical Bank öz reklam elanında “Bizim yeni filialımız 3 sentyabr 1969-cu ildə açılacıq və bir daha bağlanmayacıq!” yazmışdı. 1972-ci  ildə İngiltərənin Lloyds Bank-ı ilk dəfə olaraq maqnit zolaqlı plastik kartlarla işləyən İBM şirkətinin istehsal etdiyi CashPoint markalı onlayn ATM-i quraşdırdı.

    Azərbaycanda ilk bankomatlar 1991-1995 illərdə özəl bankların yaranması ilə meydana gəlib. İlk ATM-in hansı bankın quraşdırığı barədə isə heç bir rəsmi məlumat yoxdu.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma