Noyabrın 14-ü saat 18.00-dan etibarən bitkoinin qiyməti enişə doğru istiqamət götürdü və kriptovalyutaların ümumi bazar kapitalizasiyası bir sutka ərzində 25 milyard dollar azaldı. Ümumilikdə bazar kapitalizasiyası 1 milyard dollar olan kriptovalyutaların sayı 2 dəfə azalıb. Nem, Neo, Ethereum Classic kimi rəqəmsal aktivlərin kapitalizasiyası 1 milyarddan aşağı düşüb. Ripple Ethereum-u keçərək 2-ci pilliyə qalxıb. Ümumilikdə isə cəmi 19 kriptovalyuta 500 milyon dollarlıq bazar kapitalizasiyasını saxlya bilib.
Bitkoinin qiyməti isə 1 sutka ərzində 6300 dollardan 5442-ə qədər endi və bu son bir il ərzində ən aşağı göstərici idi. Adəti üzrə bitkoinin ardınca digər altcoinlər də 10-20% aralığında dəyər itirməyə başlayıb. Bunun dəqiq səbəb hələ də bilinimir lakin qiymətlərin çökməsinə səbəb ola biləcək daha çox gözə çarpan xəbərlər bunlardı: Çində bitcoin mayninq fermalarında audit yoxlaması zamanı elektrik enerjisnin kəsilməsi, Bitcoin Cash-in fork xəbəri, Beynəlxalq Valyuta Fondunun rəhbərinin rəqəmsal valyutalarla bağlı açıqlaması, bazara çıxarılan bitkoin təklifinin çox olması və s. Hazırda bitkoinin qiyməti 5600-ə qədər korreksiya olub.