Alim Quliyev: Milli kriptovalyuta buraxmağı planlaşdırmırıq

    Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinin 1-ci müavini Alim Quliyev noyabrın 15-16 tarixlərdə Bakıda keçirilən III Beynәlxalq Bankçılıq Formu-da rəqəmsal bankçılığın inkişafı ilə bağlı çıxışı zamanı kriptovalyuta mövzusuna da toxunub.

  Alim Quliyev: “Mərkəzi Bank hazırda blokçeyn texnologiyasını tətbiqi ilə bağlı işlər aparır lakin kriptovalyutalara yanaşmamız əvvəlki kimi konservativ olaraq qalır. Hazırda milli kriptovalyutanın buraxılması məsələsi gündəmdə deyil. Kriptovalyutalar tənzimlənmir, burada çirkli pulların yuyulması imkanı, həmçinin müştərinin identifikasiyasının mümkün olmaması amili var. Yüksək səviyyəli risklər bizi kriptovalyutalara konservativ yanaşmağa vadar edir”.

Leave a Reply