Rod Rosenstein: Kibercinayətkarlar kriptovalyutaların arxasında gizlənir

  Deputy US Attorney General Rod Rosenstein summoned to the White House  ABŞ-ın baş prokurorunun müavini Rod Rosenstein noyabrın 18-i keçirilən İnterpolun 87-ci qurultayında çıxışı zamanı dövlətləri kriptovalyutalardan istifadə edərək işlənən cinayətləri araşdırmaq üçün beynəlxalq əməkdaşlığa çağırdı. Rod Rosenstein: “Biz kibercinayətkarların kriptovalyutaların arxasında gizlənməyinə imkan verməməliyik. Qanunun aliliyinin bütün blockchain sektorunun əhatə edə biləcəyini aydınlaşdırmaq üçün birlikdə çalışmalıyıq. Çirkli pulların yuyulması ilə bağlı qlobal standartlar kriptovalyutalarla əlaqəli məhsullar və xidmət təminatçıları üçün də  tətbiq edilməlidir. Biz rəqəmsal valyutalardan sui-istifadəsinə qarşı müdafiə olunmalıyıq”.

  R.Rosenstein qurultay iştirakçılarını kriptovalyutaları tənzimləyən elə bir siyasət hazırlamağa çağırdı ki, bundan cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və sanksiyaların yayınmada istifadə edilməsi mümkün olmasın. O, həmçinin rəqəmsal valyutalarınn istifadəsinin faydalı olduğunu qəbul etsə də, cinayətkarların qanunsuz fəaliyyətləri bağlı kriptovalyutaları istifadə etdiklərini qeyd edərək WannaCry virusunu nümunə göstərdi.

   Xatırladım ki, 2018-ci ilin fevral ayında Rod Rosenstein Financial Services Roundtable (FSR) ilə görüşü zamanı ABŞ-ın Ədliyyə Nazirliyi rəqəmsal valyutalarla əlaqəli cinayətlər ilə mübarizə üçün “hərtərəfli strategiya” üzərində işlədiyini bəyan etmişdi.

 

 

Elnur Quliyev

 

 

 

Leave a Reply