Microsoft Apple-ı keçdi

    Noyabrın 26-sı son 8 ildə ilk dəfə olaraq Microsoft bazar kapitalizasiyasına görə Apple-ni keçərək dünyanın ən bahalı şirkəti oldu. Həmin vaxt Apple-nin bazar kapitalizasiyası 812.6, Microsoft da isə 812.93 milyard dollar idi. Lakin bir neçə saatdan sonra Apple-nin səhmləri bahlaşmağa başladı və o yeniden öz liderliyini geri qaytardı.

-1x-1

Apple 2010-cu ildə Microsoft-u keçə bildi və The New York Times qəzeti bu anı “bir dövrün sonu və növbəti eranın başlanğıcı” kimi təsvir etmişdi. 2018-ci ildə Apple dünyada bazar kapitalizasiyası 1 trilyon dollar dəyərində olan ilk şirkət oldu.

 

 

Leave a Reply