Blockchain Conference Azerbaijan

   7 dekabr 2018-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq Holiday İnn Baku-da Blockchain Azərbaycan Mərkəzi tərəfindən “Blockchain Conference Azerbaijan” adlı beynəlxalq konfrans təşkil olunacaq. Konfransda yerli və beynəlxalq  ekspertlər, sahə üzrə müətəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında müzakirələr aparacaq, öz bilik və təcrübələrini bölüşəcəklər. Konfransda bank və maliyyə sektorunda, dövlət qurumlarında blockchain texnologiyaların tətbiqi ilə bağlı xarici ekspertlərin məruzələri dinləniləcək.

bca2018.jpg

    Konfransın proqramına əsasən İsveçrə, Rusiya, Türkiyə və Azərbaycanlı ekspertlərin çıxışları və sual-cavab olacaq. Konfransın birinci hissəsində 300 qonağın iştirakı nəzərdə tutulub. Konfransda iştirak xüsusi dəvət və ödənişli biletlədi. Biletləri buradan əldə edə bilərsiniz.

Spikerlər:

  •         Artyom Tolkaçyov – Bettertokens.Org
  •         Burak Yetişkin – Deloitte Switzerland
  •         Serkan Bayar – Digilira
  •         İnal Kardanov – Waves Platform Developers Advocate
  •         Anar Narimanov – Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
  •         Orxan Əhmədov – Blockchain Azərbaycan

      İkinci hissədə Blockchain Workshop təşkil ediləcək. Burda Blockchain texnologiyasının proqramlaşdırılmasında maraqlı olan developer və maraqlı şəxslər iştirak edə biləcəklər. İştirakçı sayı 50-70 nəfər gözlənilir. Workshop-da iştirak müraciət əsasında mümkün olacaq. Tədbirin sonunda isə  beynəlxalq ekspertlər, qonaqlar və spikerlər üçün axşam yeməyi təşkil olunacaq. İştirak xüsusi dəvətlə olacaq.

    Spikerlər haqqında məlumatı buradan əldə etmək olar. Konfrans haqqında daha geniş məlumatı isə buradan əldə etmək olar.

dffxgdfh

    Konfransın təşkilatçısı Blockchain Azərbaycan Mərkəzi, sponsorları PAŞA Bank, WAVES Blockchian Platform, Barama İnkubasiya Mərkəzi, Portmanat  və digər şirkətlərdir.

 

Azərbaycanda Blockchain texnologiyasının tədqiqi mərkəzi – BAM yaradılıb

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma