Dünyanın ən iri fond birjaları

     Fond birjalarının əsas funksiyası qiymətli kağızlar ilə ticarətin təşkil edilməsidir. Hazırda demək olar ki, bütün birjalar elektron xarakterlidir və ticarət qapalı elektron sistem əlaqəsi istifadə edilərək təşkil edilir. Fond birjasının infrastrukturu avtomatik rejimdə işləyən bir neçə mərkəzdən ibarətdir:

  • Ticarət sistemi – əməliyyatlar üzrə ərizələri toplayır və qiymət uyğunluğu zamanı onları qeydə alır.
  • Clearing (hesablama) kamerası – ticarət iştirakçılarının pullarını qeydə alır, müqavilənin hər iki tərəfinin pul resurslarını təşkil edir və hesablayır.
  • Depozitar mərkəz – Ticarət iştirakçılarının hesablarındakı qiymətli kağızların qeydiyyatını aparır, müqavilənin hər iki tərəfinin hesabındakı vəsaitləri hesablayır və tədarük görür.

    Fond birjalarının digər vacib funksiyası likvidliyi – tez və ciddi xərclər olmadan qiymətli kağızları alıb-satmaq imkanını təmin edir. Bu, bazarda mövcud olan çoxlu sayda qiymətli kağızlar sayəsində baş tutur. Fond birjalarının fəaliyyəti dövlət səviyyəsində lisenziyalaşdırıldığından platformalarda bəzi tənzimləyici funksiyalar yaradılmışdır. Adətən bu qiymət manipulyasiyası, birjada fırıldaqçılıq cəhdlərinin qarşısını almağa yönəldilib.

Bazar kapitalizasiyasına görə dünyanın ən böyük 20 birjası:

  1. Nyu-York Fond Birjası (NYSE)
  2. Nasdaq
  3. London Fond Birjası
  4. Tokio Fond Birjası
  5. Şanxay Fond Birjası
  6. Honkonq Fond Birjası
  7. Eronext
  8. Toronto Fond Birjası
  9. Şençjen Fond Birjası
  10. Frankfurt Fond Birjası
  11. Bombey Fond Birjası
  12. Hindistan Milli Fond Birjası
  13. İsveçrə Birjası
  14. Avstraliya Fond Birjası
  15. Koreya Fond Birjası
  16. Nasdaq Nordic
  17. Yohannesburq Fond Birjası
  18. Madrid Fond Birjası
  19. Tayvan Fond Birjası
  20. San-Paulu Fond Birjası

cedvelbirja-768x2070

 

Elnur Quliyev

Leave a Reply