Kredit kartı almaq üçün lazımi dərəcədə gəlirin əldə olunması gənc çinlilər üçün böyük arzudur. Bu baxımdan onların köməklərinə kiçik kredit məbləğlərinin verilməsi sahəsində fəaliyyət göstərən mikro-kredit şirkətləri gəlirlər. Lakin bəzən kreditlərin verilməsi üçün insanlardan qeyri-adi təminatlar tələb olunur.
Vice.com saytının verdiyi xəbərə əsasən Afterpay də daxil olmaqla Çinin bir sıra kredit təklif edən mikro maliyyə şirkətləri kredit götürən şəxslərdən girov qismində istifadəçilərin çılpaq şəkildə əks olunduqları video və ya fotoları tələb edirlər. Belə ki, kredit borcunun ödənilmədiyi və ya gecikdirildiyi halda həmin şirkətlər istifadəçinin çılpaq şəkildə əks olunduğu foto və ya videonun istifadəçinin ailə üzvlərinə və ya iş yoldaşlarına göndərəcəkləri üzrə istifadəçini hədələyirlər. Məlumata əsasən bir sıra şirkətlər hətta kredit borcu olan şəxslərə borclarının intim xidmətlər vasitəsilə ödənilməsini də təklif ediblər. Bu cür kredit üsulunun hətta xüsusi adı var – “çılpaq kredit xidmətləri”
Bu sistemin hansı miqyasda olması hələ ki, dəqiq məlum deyil. Lakin Çinin gənc vətəndaşları arasında mikro kreditlərin məşhurluğu danılmaz bir faktdır. 2016-cı ildə baş vermiş bir sızıntı “çılpaq kredit” sisteminə dövlət tərəfindən böyük diqqət cəlb etdi. Belə ki, həmin vaxtda 161 gənc qızın intim fotoları və videoları məlumatlar bazasından sızdırılmışdı. Əks olunmuş video və fotolarda qızlar əllərində şəxsiyyət vəsiqələri ilə birlikdə əks olunmuşdular. China Youth Daily qəzetinin məlumatına əsasən onlar 19-23 yaşda olan qızlar idi və götürdükləri kredit məbləgləri 1000-2000 dollar aralığında idi. Ant Financial şirkətinin məlumatına əsasən 1990-cı ildən sonra doğulmuş 170 milyon çinlidən 45 milyonu Ant Check Later mikrokredit hesabına sahibdir. Onlar kreditlərdən təkcə istehlak məqsədli cihazların (tv, telefon) alınması üçün deyil həmdə adı qamburqer və ya peçenya kimi xirda alışlarda da istifadə edirlər.
Çində 2017-cı ildə maliyyə lisenziyası olmayan xirda şirkətlər və ayrı-ayrı fiziki şəxslərin sosial şəbəklər vasitəsilə onlayn-kredit təklif edən biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edən bir sıra normativ aktlar qəbul edilib. Buna baxmayaraq yerli Çin mediası bu problemin hələ də sosial şəbəkələrdə yayıldığını bildirir.
Mənbə: vica.com, technote.az