Samsung şirkətinin ən böyük onlayn cəmiyyəti olan SamMobile-də verilən məlumatlara əsasən şirkətin Galaxy S10 modelində kriptovalyuta cüzdanı olacaq.
SamMobile-nin baş redaktoru Adnan Farooqui: “Biz həqiqətən də təsdiq edə bilərik ki, samsung kriptovalyuta cüzdanı üzrəində iş aparır və ola bilsin ki, bu cüzdan Galaxy S10 modlinə inteqrasiya edilsin. Samsung-un yeni kripto-cüzdan tətbiqi istifadəçilərə Metamask və ya TrustWallet kimi cüzdanlarındakı mövcud rəqəmsal aktivlərini mobil tətbiqə import etməyə imkan verəcək. Mobil tətbiq ilkin dövrdə bitcoin, ethereum və bitcoin cash kimi kriptovalyutaları dəstəkləyəcək.”