LinkedIn: Blockchain mütəxəssislərinə tələb 33 dəfə artıb

linkedIn Son bir il ərzində ABŞ-da işəgötürənlər arasında blockchain-mütəxəssislərinə tələb 33 dəfə artıb.  Bu, Linkedin-in “2018 U.S. Emerging Jobs” hesabatının əsasən məlum olub.  Hesabatda Economic Graph servisnin məlumatlar bazasından istifadə olunub. Economic Graph-in məlumatlarına əsasən Linkedin Amerikalı işəgötürənlərin ən çox hansı mövqlər üzrə sorğu verdiklərini təhlil edib. Blockchain üzrə mütəxəssislərə ən çox San-Fransisko, Nyu York və Atlanta şəhərlərində tələb olunduğu müəyyən edilib. Belə mütəxəssislərə qoyulan əsas tələblər – Solidity proqramlaşdırma dili,  Node.js, blockchain və ethereum-un iş prinsipinin bilməsi kimi bacarıqlar olub.

    Ən çox tələb olunan peşələr içərisinə süni intelekt üzrə mütəxəssislər də daxil olub. Hesabata əsəsən 15 yeni vakansiyadan 6-si süni intelekt üzrə olub və keçən il müqaisədə tələb 12 dəfə artıb.

 

Leave a Reply