Google-də ən çox verilən sorgu “Bitcoin nədir?”

    Google Trends-in verdiyi məlumata əsasən 2018-ci ildə ən çox sorğu verilən sual “Bitcoin nədir?” olub. 2017-ci ildə insanlar daha çox “Bitcoin” sözü ilə sorğu edirdilərsə, 2018-ci ildə bu sözün mənasını araşdırmaq istəyiblər.

     Google Trends iddia edir ki, 2017-ci ildə “bitcoin” sorğusunun çox verilməsinin əsas səbəbi onun qiymətinin artan temp üzrə inkişaf etməsi olub. 2018-də isə bitcoin 80%-ə yaxın dəyər itirməsinə baxmayaraq insanların texnologiyaya marağının hələ də yükək olması müşahidə olunur. “Bitcoin nədir?” sorğusunu bütün yaş qruplarına aid insanlar verib lakin 35-44 yaş aralığında olan insanlar etiraf edir ki, onlara bu texnologiyanı anlamaq çətindir.

 

Leave a Reply