Norveçli milyarder Tom Hagen-in həyat yoldaşını qaçıran cinayətkarlar onun azad edilməsi üçün 9.000.000 avro dəyərində kriptovalyuta – Monero (XMR) tələb ediblər.
Ann-Elizabet Falkevik Hagen 2018-ci ilin oktyabr ayında Lerenskuqdakı evindən qaçırılıb və milyarder oğurluq barədə polisə xəbər verməməklə təhdid edilib. Xüsusi xidmət orqanları da biznemənə bu barədə məlumat yaymamağı məsləhət gördükləri üçün oğurluq haqda yalnız indi mətbuta açıqlanıb. Norvecdə ilk dəfədir ki, cinayətkarlar girov müqabilində kriptovalyuta tələb edirlər. Hazırda İnterpol araşdırmalar aparır.
Xatırladım ki, qiyməti 45 dollar olan Manero (XMR) 2014-cü il aprelin 18-də Bytecoin-in forku olaraq yaradılıb. Bu kriptovalyuta yüksək səviyyədə anonimliyi ilə seçilir. Moneronun əsas xüsusiyyəti halqa imzalar (ring signature) əsasında işləyən CryptoNote protokolundan istifadə olunmasıdır. Bitcoindən fərqli olaraq Moneronun emissiyası məhdud deyil. 18.4 milyon XMR mayninq edildikdən sonra mayninq edilən hər yeni ikidəqiqəlik blok üçün 0.6 XMR mükafat veriləcək. Hazırda (11.01.2018) Monero 752 milyon dollar kapitalizasiya ilə kriptovalyutalar içərisində 14-cü yerdə qərarlaşıb.