DoubleLine Capital-ın təsisçisi və icraçı direktoru Jeffrey Gundlach hesab edir ki, fond bazarlarındakı qeyri-müəyyənlik şəraitində bitcoin dəyəri il ərzində artacaq. Maliyyə aləmində “istiqrazlar kralı” kimi tanınan Jeffrey Gundlach kriptovalyutaların gələcəyinə şübhə ilə yanaşsa da yaxın aylarda bitkoinin qiymətinin 5000 dollar olacağını deyib.
Jeffrey Gundlach: “Heç kimə bitcoinə investisiya etməyi tövsiyyə etmirəm. Lakin əgər siz qazanmaq istəyirsinizsə deyə bilərəm ki, yaxın aylarda bitcoin 25% dəyər qazanaraq 5000 dollar olacaq.”