Bloomberg agentliyinin analitiklərinin verdiyi xəbərə əsasən son zamanlar çoxlu sayda “yatmış” bitcoin cüzdanlarının hərəkətə gəlməsi böyük miqyaslı bazar dəyişikliyinə səbəb ola bilər. Bloomberg-in hesabatı Flipside Crypto şirkətinin təqdim etdiyi blockchain data analizinə əsaslanır.
Flipside Crypto-nun məlumatına əsasən 2018-ci ilin oktyabr ayından başlayaraq 6-30 ay müddətində qeyri-aktiv olan bitcoin cüzdanlarda hərəkətlilik başlayıb və koinlərin küçürülməsi aktivləşib. Flipside Crypto-nun icraçı direktoru David Balter qeyd edib ki, əsas hərəkətlilik son 2 ildə balansı çox olan qeyri-aktiv bicoin cüzdanlarda müşahidə olunub.
Xatırladım ki, hazırda bitcoin-in blockchain-də 460 milyon cüzdan qeydiyyatdan keçib. Chainalysis-in hesabatına əsasən onların yalnız 37%-i (172 milyon) iqtisadi əhəmiyyətə malikdir. İqtisadi əhəmiyyətli cüzdan dedikdə elə hesablar nəzərdə tutulur ki, onlarda bitcoin saxlanılır və ya tranzaksiyalar həyata keçirilir. Şəbəkədəki digər 63% cüzdanlar ya sıfır balansa malikdir və ya da cəmi bir dəfə istifadə olunub.
Elnur Quliyev